Azərbaycanda daha 72 nəfər COVID-19-a yoluxub
1321
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 72 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Bu barədə Mediapress.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında ölən olmayıb.Azərbaycanda indiyədək ümumilikdə 825 409 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 814 869 nəfər müalicə olunaraq sağalıb, 9 993 nəfər vəfat edib, aktiv xəstə sayı 547 nəfərdir.
Ölkədə son sutka ərzində 1 864, hazırkı dövrədək isə 7 407 349 test aparılıb.