\
20 Aprel 2024 - Şənbə

“Azəriqaz” İB şəhid ailəsinin müraciətini təmin etdi - Video

“Azəriqaz” İB şəhid ailəsinin müraciətini təmin etdi - Video
1345baxış

Həssas qrup üzvlərinin qayğılarını hər zaman diqqətdə saxlayan SOCAR “Azəriqaz” İB daha bir şəhid ailəsinin istəyini yerinə yetirib.

Mediapress.az xəbər verir ki, Vətən müharibəsi şəhidi Tural Soltanovun ailəsi fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı Birliyə müraciət ünvanlayıb.

Qısa zaman ərzində Birlik tərəfindən şəhid ailəsinin Balakən rayonunda yerləşən fərdi yaşayış evinə qaz xətti çəkilərək sayğac quraşdırılıb.