\
29 Mart 2024 - Cümə

Bakıda məşhur restorandakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO

Bakıda məşhur restorandakı yanğın söndürüldü - YENİLƏNİB + VİDEO
1282baxış

Bakıda Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranındakı yanğın söndürülüb. 

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 

 

Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda ümumi sahəsi 270 kvadratmetr olan restoranın bacasında yağ qalıqları və 4 poqonometr elektrik kabeli yanıb.

Restoran yanğından mühafizə olunub. 

Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

13:32

Bakının Parlament prospektində yerləşən məşhur “Naxçıvan” restoranında yanğın başlayıb.

Bu barədə Yeniavaz.com-a hadisə yerindən görüntülər təqdim edilib.

Kadrlarda hadisə yerinə yanğınsöndürmə qüvvələrinin cəlb olunduğu görünür.