\
16 Aprel 2024 - Çərşənbə axşamı

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyaları davam edir
1310baxış

Növbəti həftə (20-23.12.2022 tarixləri) daha 4 rayonda Azəriqaz" İB-nin “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 2-ci günü saat 13:00-dan 14:00-dək İsmayıllı rayonunda (Heydər Əliyev Parkı), 3-cü günü saat 11:00-dan 12:00-dək Ağsu rayonunda (Bayraq Meydanı), 4-cü günü saat 12:00-dan 13:00-dək Şamaxı rayonunda (Şamaxı Tarix-Diyarşünaslıq Muzeyi), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Ucar rayonunda (Heydər Əliyev Parkı) baş tutacaq. Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.