DYP Bakıda 3 nəfərin öldüyü qəza ilə bağlı məlumat yayıb
1335
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi dünən Bakıda 2-si azyaşlı olmaqla 3 nəfərin öldüyü qəza barədə məlumat yayıb.
İdarədən Mediapress.az-a verilən məlumatda bildirilib ki, ötən gün saat 17 radələrində Xəzər rayonunun Türkan qəsəbəsi ərazisində Bakı şəhər sakinləri 34 yaşlı Həsənov Abil Sədrəddin oğlunun idarə etdiyi “Hyundai” markalı, 99-OH-223 dövlət qeydiyyat nişanlı və 63 yaşlı Əliyev Qurban Polad oğlunun idarə etdiyi “VAZ 2107” markalı, 90-EY-518 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.