Nazir: Muzdlu işçilər arasında ixtisaslı kadrların sayı azdır
1352
Son 4 ildə 400 mindən çox vətəndaş işlə təmin edilib.
Mediapress.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Gələcəyə hazır ol!" Karyera İnkişaf Forumunda deyib.
O bildirib ki, ictimai işlər 109 mindən çox vətəndaşı əhatə edib:
"60 mindən çox şəxsə kiçik və mikro biznes yaradılması üçün imkan verilib. Bundan başqa, son 3 ildə 4 milyondan çox vətəndaşımıza sosial paketlər çərçivəsində dəstək verilib. Əmək müqavilələrinin sayı 400 min ədəd (33 faiz) artıb. Bu gün muzdlu işçilər arasında ixtisaslı kadrların sayı azdır. İxtisaslı işçilərin sayının artırılması əsas hədəfimizdir."