\
27 Aprel 2024 - Şənbə

Şəkidə 10 yaşlı uşağı avtomobil vurdu

Şəkidə 10 yaşlı uşağı avtomobil vurdu
1328baxış

Şəkinin Dəhnə kəndində azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Mediapress.az-ın məlumatına görə, yolu keçən 2012-ci il təvəllüdlü Əhmədov Cəlil Cəmil oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ bazu sümüyünün yerdəyişən sınığı diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.