\
26 Noyabr 2024 - Çərşənbə axşamı

Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb

Yevlaxda qəzaya düşən hakim-inspektor evə buraxılıb
1349baxış

Yevlaxda avtomobil qəzasında xəsarət alan hakim-inspektor Ceyhun Haşımov dünən evə buraxılıb.

O, bu barədə "Report"a müsahibəsində bildirib.

C. Haşımov iki ay yataq şəraitində müalicə alacağını söyləyib: "Yanvarın 5-də evdə tikişlər açılacaq, 30-da isə rentgendən keçmək üçün yenidən xəstəxanaya gedəcəyəm. Orada həkimlər protezin yerinə necə oturduğuna baxacaqlar. Yalnız ondan sonra qərar veriləcək ki, gəzmək olar, ya olmaz".

Ceyhun Haşımovun müsahibəsinin tam versiyasını buradan oxuya bilərsiniz.