\
26 Noyabr 2024 - Çərşənbə axşamı

“Taliban”dan qadınlarla bağlı daha bir qadağa

“Taliban”dan qadınlarla bağlı daha bir qadağa
1321baxış

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş “Taliban” hərəkatı qadın işçilərin ölkə universitetlərinə girişinə qadağa qoyub.

Bu qadağa həmçinin professor-müəllim heyətinin nümayəndələrinə də aid edilib.

“Taliban” göstəriş verib ki, ölkə universitetlərində çalışan qadın müəllimlər və inzibati işçilər bu gündən (24 dekabr) iş yerlərində görünməsinlər, işə gəlməsinlər.

Xatırladaq ki, daha əvvəl Əfqanıstanda qadınların universitetlərdə təhsil alması qadağan edilmişdi.

Mənbə: “Aamaj News”