\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Lukaşenkonun köməkçisi rüşvətə görə tutuldu

Lukaşenkonun köməkçisi rüşvətə görə tutuldu
1444baxış

Belorusda prezidentin köməkçisi Qrodnensk vilayəti üzrə inspektor Sergey Rovneyko bu gün korrupsiya ittihamı ilə həbsə alınıb.

Mediapress.az RİA Novosti-yə istinadən xəbər verir ki, S.Rovneyko 200 min dollar aldığı yerdə həbs olunub. Əməliyyat prezidentin birbaşa tapşırığı ilə yerli “KQB” tərəfindən həyata keçirilib.  

Adıçəkilən məmur artıq bir il idi ki, KQB-nin nəzarətinə götürülmüşdü və onu 15 il həbs cəzası gözləyə bilər.

Xatırladaq ki, konservativ baxışları ilə seçilən A.Lukşenko “erməni ssenarisinin” Belorusda yaşanmaması üçün apreldə məmurlara sərt təlimatlar verərək, onları düzgün işləməyə dəvət etmişdi.