\
19 Aprel 2024 - Cümə

Xankəndidə bir qrup Azərbaycan ekofəallarının aksiya keçirdiyi məkana doğru gedir - FOTO

Xankəndidə bir qrup Azərbaycan ekofəallarının aksiya keçirdiyi məkana doğru gedir -  FOTO
1319baxış

Xəbər verdiyimiz kimi, Xankəndinin mərkəzində ermənilərin aksiyası keçirilib. Aksiya gözlənildiyindən qat-qat sönük olub. Laçın dəhlizinin Azərbaycan ekofəalları tərəfindən bağlanması səbəbindən özünü dövlət naziri elan etmiş Vardanyan Qarabağa kənardan erməni qüvvələri gətirə bilməyib. 

Mediapress.az-a verilən məlumata görə, mitinqdən sonra dinc erməni sakinləri Azərbaycan ekofəallarının aksiya keçirdiyi məkana doğru yürüş ediblər. Onlar azərbaycanlıların yolu bağladıqları yerdə olan Rusiya sülhməramlılarına çatıblar. Sülhməramlılar onların qarşısını kəsib.

Yürüşün nəticələri haqqında əlavə məlumat veriləcək. 

sulh.PNG (280 KB)