\
27 Aprel 2024 - Şənbə

YPX avtomobili qəzaya düşdü: Polis xəsarət aldı - FOTO

YPX avtomobili qəzaya düşdü: Polis xəsarət aldı - FOTO
1325baxış

Bərdədə avtomobil qəzası olub, polis və daha bir nəfər xəsarət alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.

Bildirilib ki, dekabrın 26-da saat səhər 9 radələrində Bərdə rayonu ərazisində Laçın rayon sakini Cavid Xurşudovun və polis baş serjantı Vüsal Əbdüləzimovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıblar.

Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.