\
26 Noyabr 2024 - Çərşənbə axşamı

38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə imtina verilib

38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə imtina verilib
1322baxış

Bu il 38 minə yaxın şəxsin əlilliklə bağlı müraciətinə imtina verilib, həmin şəxslər yenidən müayinədən keçmək üçün həkim komissiyalarına yönləndiriliblər".

Mediapress.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.Onun sözlərinə görə, müraciətdə əhəmiyyət kəsb edən məlumat olmadıqda və ya məlumatlar düzgün verilmədikdə yenidən tibb müəssisəsinə qaytarılır ki, düzgün doldurulması həyata keçirilsin, yaxud da əlillik səviyyəsindədirsə, əlillik vəziyyətinə yenidən qiymətləndirilsin.

Agentlik sədri həmçinin bildirib ki, Agentliyin əsas vəzifəsi əlilliyin təyinatıdır, ləğvi deyil:

"Biz bütün gücümüzü ona yönəldirik ki, real olaraq əlilliyi olan şəxslər qısa müddətdə heç bir maneə olmadan əlillik təyinatı ala bilsin. Əlilliyin dayandırılmasından çox proses təbii istiqamətdə gedib. Artıq cəmiyyətdə belə bir fikir formalaşıb ki, əlilliyi olmayan şəxsin əlillik alma ehtimalı çox aşağıdır. Hazırda əlillik müddəti bitmiş bir çox adam yenidən əlillik üçün müraciət etmir. Çünki bilirlər ki, vaxtilən əlilliyi hansısa yollarla alıblar. İndi bu, mümkünsüzdür".