\
22 Sentyabr 2024 - Bazar günü

Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib - FOTOLAR

Prezident İlham Əliyev Bakıda 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib - FOTOLAR
1407baxış

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Xətai rayonunda yerləşən 5 saylı DOST Mərkəzinin açılışında iştirak edib.

Mediapress.az-ın xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlət başçısına mərkəzdə yaradılan şərait barədə məlumat verib.