\
22 Sentyabr 2024 - Bazar günü

Rusiyada mikroavtobus tramvayla toqquşub, 8 nəfər xəsarət alıb

Rusiyada mikroavtobus tramvayla toqquşub, 8 nəfər xəsarət alıb
1392baxış

Rusiyanın Barnaul şəhərində tramvayla mikroavtobusun toqquşması ilə nəticələnən yol qəzası baş verib.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.Barnaul şəhərinin mərkəzində iki küçənin kəsişməsində baş vermiş qəza nəticəsində bir nəfər uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Hazırda polis əməkdaşları hadisə yerindədir, araşdırma aparılır.