\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü

Bakıda 2 gənc söyüş söyən yaşlı kişini belə döydü
1607baxış

Bakının Səbail rayonunda iki gənc oğlan yaşlı kişini döyüb. 
Görüntülərdən aydın olduğu kimi tərəflər arasında əlbəyaxa dava olub. 

Hadisə Seyid Rüstəmov küçəsində təxminən günorta, saat 12 radələrində baş verib. 

Axundov bağının ətrafında baş verən hadisə zamanı əvvəlcə yaşlı kişi qarşısına qəfil çıxan yük maşınının sürücüsü ilə mübahisə edib. Daha sonra söyüş söyən yaşlı kişiyə yaxınlıqdan keçən gənclər irad bildirib. 

Bundan sonra yaşlı kişi ilə gənclər arasında dava başlayıb. Hadisənin görüntüləri anbaan kameraya düşüb. Ətrafdakı insanlar davaya müdaxilə edib və dalaşan şəxsləri uzaqlaşdırıb (baku.ws)