\
25 Noyabr 2024 - Bazar ertəsi

“Azəriqaz” İB-nin Baş direktoru: “İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır”

“Azəriqaz” İB-nin Baş direktoru: “İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır”
1344baxış

"Çox təəssüf edirik ki, yeni ili belə bir hadisə ilə başladıq. Partlayışla əlaqədar "Azərqaz" İstehsal Birliyinə aid məsələlərlə bağlı işlər yerinə yetirilib".

Mediapress.az  xəbər verir ki, bunu hadisə yerində jurnalistlərə açıqlamasında "Azəriqaz" İB-nin sədri Ruslan Əliyev deyib.

O bildirib ki, hazırda binanın qaz təminatı tam dayandırılıb: "Təhlükəsizlik qaydalarına tam əməl edildikdən, bütün kəmərlər yoxlandıqdan sonra Fövqəladə Hallar Nazirliyi ilə razılaşdırılaraq qazın verişi bərpa olunacaq. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sızmasıdır. Nəyinki həmin mənzilə, həm də digər mənzillərə zərər dəydiyindən qaz sızması ehtimalı böyükdür. Əlavə olaraq 3 mənzilə, həmçinin lift şaxtasına ziyan dəyib".