\
22 Sentyabr 2024 - Bazar günü

Qax sakini meşədə bədbəxt hadisə nəticəsində ölüb

Qax sakini meşədə bədbəxt hadisə nəticəsində ölüb
1291baxış

Qax sakini meşədə bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qaşqaçay kənd inzibati ərazisində meşədə baş verib.

Kənd sakini 1977-ci il təvəllüdlü Elsevər Səməndər oğlu Quliyev meşədə quru ağac kəsən zaman ağac onun üzərinə düşüb. Hadisə nəticəsində müxtəlif dərəcəli xəsarət olan E. Quliyev həyatını dəyişib.

Faktla bağlı Qax rayon prokurorluğunda araşdırma aparılır.