Yanvarın 3-də Ukraynaya məxsus mini peyk orbitə qaldırılacaq.
APA-nın UNİAN-a istinadla xəbərinə görə, “PolylTAN-HP-30” adlı peyki Kiyev Politexnik İnstitutu hazırlayıb.
Peyki ABŞ-ın Kanaveral burnundakı poliqondan “SpaceX” şirkətinə məxsus Falcon-9 raketi orbitə qaldıracaq. Raketin startı Kiyev vaxtı ilə 16.50-yə (Bakı vaxtı ilə 18.50) nəzərdə tutulub.