Bu gün Laçın-Xankəndi yolundan 20 avtomobil keçib - FOTO - VİDEO - YENİLƏNİB 2
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.
APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bu gün aksiya keçirilən ərazidən 20 maşının manesiz keçməsinə şərait yaradılıb.
***
16:29
Laçın-Xankəndi yolunda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq eko-fəallar və QHT təmsilçilərinin Şuşa şəhərində - Laçın-Xankəndi yolunda keçirdiyi aksiyanı aksiyanın 24-cü günündə daha da canlanma müşahidə olunub.
APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları müxtəlif şüarlar səsləndirirlər.
Ötən günlərdə olduğu kimi, aksiya zamanı istər sülhməramlılara, istərsə də BQXK-ya məxsus humanitar məqsədlə keçid etmək istəyən avtomobillərə maneəsiz keçid şəraiti yaradılıb. Səhər saatlarından bu anadək BQXK-ya məxsus-3, RSK-ya məxsus 12 maşın keçib.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı eko-fəallar, ictimaiyyət nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şərait yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.
***
10:58
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz aksiyasının keçirildiyi Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinin (RSK) nəqliyyat vasitələrinin sərbəst keçidi davam edir.
APA xəbər verir ki, bu gün sülhməramlılara məxsus bir minik, 8 təminat maşını Xankəndindən Laçın istiqamətinə maneəsiz keçid edib.
***
08:05
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə “Qızılbulaq” qızıl və “Dəmirli” mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşadan keçən Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
APA-nın Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, 24 gündür davam edən aksiyada iştirakçılar müxtəlif şüarlar səsləndirirlər.
Aksiya gecə saatlarında olduğu kimi, səhər də təhlükəsizlik qaydalarına uyğun heç bir insident müşahidə edilmədən baş tutub.
İştirakçıalr günə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirərək başlayıblar.
Xatırladaq ki, dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar, ictimaiyyət nümayəndələri Rusiya sülhməramlılarının postu yaxınlığında etiraz aksiyası keçirirlər. Etirazçıların əsas tələbləri RSK komandanı Andrey Volkovun əraziyə gəlməsi, azərbaycanlı mütəxəssislərin monitorinq aparması üçün lazımi şəraitin yaradılması, Azərbaycan torpaqlarında ekoloji terrora son qoyulmasıdır.