\
22 Sentyabr 2024 - Bazar günü

Goranboyda maşın aşıb, xəsarət alan var

Goranboyda maşın aşıb, xəsarət alan var
1319baxış

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Mediapress.az-ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "Niva" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarına aşıb. Qəza zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.