Bakıya qayıdarkən təyyarədə öldü
1365
Yanvarın 4-də Ankara-Bakı reysi üzrə Azərbaycana gələn sərnişin təyyarəsində ölüm hadisəsi baş verib.
Mediapress.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, saat 14 radələrində Türkiyədən Bakıya gələn təyyarədə olan sərnişin, Sumqayıt şəhər sakini 1966-cı il təvəllüdlü Qəzənfər Məmmədov dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən əziyyət çəkməsi və bu xəstəlik ucbatından vəfat etməsi məlum olub.
Mərhumun nəşi aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.