\
25 Noyabr 2024 - Bazar ertəsi

Zirəddin Rzayev: “Nuh tufanı geri qayıdır”…

Zirəddin Rzayev: “Nuh tufanı geri qayıdır”…
1761baxış

2023-cü ildən başlayaraq qarşıdan gələn 10 il Nuh tufanının başlanğıcını xatırladır mənə” – bu sözləri Rusiyada yaşayan məşhur kliniki psixoloq ve ekstrasens Zirəddin Rzayev söyləyib. Ekstrasensin dediklərinə inansaq, önümüzdəki  10 il böyük qasırğaların və su daşqınlarının başlanğıcı olacaq.

“Mən hələ 21 dekabr 2021-ci ildə su daşqınlarının olacağını söyləmişdim. 2022-ci il yaddaşlarda məhz su daşqınları ilə tarixə düşdü .Çox təssüf ki, bu hadisələr 2023-cü ildə də təkrarlanacaq. Orta Asiya və Avropa qitələrində təbii fəlakətlər aktivləşəcək. Buraya xüsusən zəlzələlər, qasırğa və su daşqınları daxildir. Təəssüf ki, müharibə və hərbi  konfliktlərlə yanaşı, dünya özü də insanlığa savaş elan edəcək. Hətta o məqama çatacaq ki, təbii fəlakətlər  insanların diqqətlərini hərbi konfliktlərdən yayındıracaq”- deyə, ekstrasens bildirib.

Zirəddin Rzayevin dediklərinə  görə, təkcə Ukrayna deyil, Rusiya qərbin məqsədyönlü provokativ siyasəti nəticəsində digər qonşu ölkələrlə də müharibə edəcək.

Ekstrasens deyir ki, Ukrayna-Rusiya hərbi qarşıdurması hələ başlanğıcdır, dəhşət hələ qabaqdadır. Qərbin hiyləgər siyasəti Rusiyanı digər qonşu ölkələr  ilə yeni hərbi konfliktlərə  məcbur edəcək.  Burada məqsəd Rusiyanı öz qonşuları ilə düsmən etməkdir. Bu, Qərbin illər öncəyə dayanacağı  planından irəli gəlir. Əgər Rusiya öz qonşuları ilə konfliktlər yaşasa, bu o deməkdir ki, artıq hər tərəfdən Rusiya iqtisadi və geopolitik baxımdan mühasirədə olacaq. Qərbin yeganə məqsədi isə Rusiyanı parçalamaqdır”.

“COVID-19” pandemiyasının süni yaradıldığını söyləyən ekstrasens bu tip yeni virusların meydana çıxacağını da qeyd etdi.

“COVID-19” süni yaradılmış virusdur. Bunu mən hələ 2017-ci ildə Rusiya və Azərbaycan mətbuatına söyləmişdim. Hətta, virusun süni yolla laboratoriyada yaradıldığını da demişdim. Təəssüf ki, bəlli səbəblərdən virusun süni yaradıldığı proqnozumu dərc eləmədilər. İndi isə hər kəs bilsin ki, hələ  qarşıdan gələn illər bizi “COVID-19″ kimi viruslar çox qorxudacaq. Mən həmçinin, buynuzlu heyvanların, xüsusən də inəklərin viruslara yoluxacağını görürəm. Çox təəssüf ki, bu da süni yaradılmış virusdur. İnəklərin cəsədləri göz önümə  gəlir. Cəsədlərin yandırıldığı məni dəhşətə gətirir”.

Ekstrasens onu da qeyd etdi ki, müsəlman ölkələrdən  birinin prezidenti xəstəxanaya düşəcək.

“Adını çəkmək istəmirəm, ancaq  bir şeyi deyə bilərəm ki, dünyaşöhrətli  liderlərdən biri infarkt və insult xəstəliyi səbəbindən xəstəxanaya düşəcək. Xatırladım ki, həmin lider müsəlman ölkələrinə aiddir. Vladimir Putinə gəldikdə isə, onu  siyasəti  yox, sağlamlığı  məyus edəcək. Sağlamlıq baxımından son iki il onun üçün bir o qədər də uğurlu il deyil, ələlxüsus da 2023-cü il “- deyə, ekstrasens qeyd etdi.