\
22 Sentyabr 2024 - Bazar günü

Ağrı dağında hərbi baza - ermənilər həyəcanlandı

Ağrı dağında hərbi baza - ermənilər həyəcanlandı
1345baxış

Türkiyə Ermənistanla sərhəddə yerləşən Ağrı dağında modul tipli hərbi baza tikir.

Mediapress.az bildirir ki, bununla bağlı məlumat Ermənistan mediasında geniş işıqlandırılıb və Ağrı dağına əsassız iddialar irəli sürən ermənilərdə həyəcan doğurub. Türkiyə mətbuatının məlumatına görə, dəniz səviyyəsindən 2100 metr yüksəklikdə yerləşən hərbi baza müasir gecəgörmə kamera sistemləri və təyinatlı silahlarla təchiz olunacaq.

Qeyd edilir ki, Türkiyə “terrorla mübarizə aparmaq üçün” hərbi baza tikir.