\
25 Noyabr 2024 - Bazar ertəsi

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir

SOCAR "Azəriqaz" İB-nin "Açıq mikrofon" aksiyası davam edir
1379baxış

Növbəti həftə (9-11.01.2023 və 13.01.2023 tarixləri) daha 4 rayonda vətəndaşlarla “Açıq mikrofon” aksiyaları keçiriləcək. Aksiya həftənin 1-ci günü saat 11:00-dan 12:00-dək Hacıqabul rayonunda (İsmət Qayıbov küçəsi 15), 2-ci günü saat 12:00-dan 13:00-dək Saatlı rayonunda (Gənclər Mərkəzinin qarşısı), 3-cü günü saat 11:00-dan 12:00-dək Sabirabad rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı), 5-ci günü saat 11:00-dan 12:00-dək isə Neftçala rayonunda (Heydər Əliyev Mərkəzinin qarşısı). Vətəndaşlar qeyd olunan ünvanlara yaxınlaşaraq “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər.