\
22 Sentyabr 2024 - Bazar günü

Bakıda qaz borusu partlayıb, yanğın baş verib - FOTOLAR

Bakıda qaz borusu partlayıb, yanğın baş verib - FOTOLAR
1396baxış

Bakının Nərimanov rayonunda yanğınla müşahidə edilən partlayış qeydə alınıb.

Mediapress.az APA-ya istinadən xəbər verir ki, hadisə Əliyar Əliyev küçəsində qeydə alınıb.

Həmin küçədə yerləşən "Sərin" restoranının yaxınlığından keçən qaz borusunda partlayışla müşahidə edilən yanğın başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 4 briqadası cəlb edilib.

Alov ətrafa keçməsin deyə restoranın dam örtüyü sökülüb.

Əraziyə "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları da cəlb edilib.

Yanğın tam söndürülüb.

Təhlükəsizlik məqsədilə küçədə hərəkət polislər tərəfindən dayandırılıb.