\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Öldüyü iddia edilən Afət Rahilqızı nələri etiraf etdi?! - EKSKLÜZİV: "həmin adamı qanun çərçivəsində cəzalandıracağam!" - VİDEO

Öldüyü iddia edilən Afət Rahilqızı nələri etiraf etdi?! - EKSKLÜZİV: "həmin adamı qanun çərçivəsində cəzalandıracağam!" - VİDEO
3241baxış

ARB telekanalının aparıcısı Afət Rahilqızının qəzaya düşərək ölməsi xəbərinin yayılması hər kəsi şoka salıb. Elə Afətin özünü də.

Keçmiş iş yoldaşı olaraq Afətlə dərhal əlaqə saxlayıb, baş verənlərə münasibətini öyrənmək istədik.

"Əsəbiyəm, səhərə kimi yatmamışam. Bütün dost, tanışlar, qohumlar şoka düşüblər. İnanırsız?" - deyə Mediapress.az-a açıqlama verən A.Rahilqızı onun ölümü ilə ilə bağlı yazılan saytları, xəbər səhifələrini məhkəməyə verəcəyini də açıqladı.

- İndi özümdə deyiləm. Hələ ki, zəng vurub, halımı xəbər alanlarla, həmçinin stress keçirən ailə üzvlərimi, qohumlarımı sakitləşdirməklə məşğulam. Özümə gəlim, bu xəbəri yaydıranı tapıb, qanun çərçivəsində cəzalanmasını tələb edəcəyəm!

Hazırladı: Könül AYPARA