\
26 Aprel 2024 - Cümə

Ukrayna XİN Azərbaycana humanitar yardım üçün təşəkkür edib

Ukrayna XİN Azərbaycana humanitar yardım üçün təşəkkür edib
1246baxış

Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycana humanitar yardım üçün təşəkkür edib.

Mediapress.az  xəbər verir ki, bu barədə Ukrayna XİN "Twitter" hesabında paylaşım edib.

“Ukrayna şəhərlərini generator və transformatorlarla təmin etdiyi üçün Azərbaycana minnətdarıq. Bu, təcavüzkar Rusiya tərəfindən həyata keçirilən vəhşi bombardmanlardan sonra Ukraynanın zərər görmüş kritik infrastrukturunun bərpası üçün çox vacibdir”, - Ukrayna XİN-dən bildirilib.