\
20 Aprel 2024 - Şənbə

Qusarda ev yanıb, nənə və 7 yaşlı nəvəsi ölüb - YENİLƏNİB

Qusarda ev yanıb, nənə və 7 yaşlı nəvəsi ölüb - YENİLƏNİB
1270baxış

Qusar rayonunun Yeni Həyat kəndində ümumi sahəsi 280 m² (hər mərtəbəsi 140 m²) olan ikimərtəbəli evin birinci mərtəbəsində 2 otağın və eyvanın yanar konstruksiyaları 90 m² sahədə, ikinci mərtəbəsində 2 otağın və dam örtüyünün yanar konstruksiyaları 90 m² sahədə yanıb.

APA Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın yerinin kəşfiyyatı zamanı 1-i azyaşlı olmaqla 2 nəfərin yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

***

09:53

Qusar rayonunda Yeni Həyat kəndində yanğın baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, kənd sakini Ənvər Əlirzayevə məxsus yaşayış evi yanıb.

Yanğın söndürüldükdən sonra hadisə yerində 68 yaşlı Zərəngül Əlirzayeva və 7 yaşlı nəvəsinin yanaraq öldüyü müəyyən edilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.