Gəncədə evdə partlayış olub, xəsarət alan var
1341
Gəncədə evdə partlayış baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, şəhər sakini 1988-ci il təvəllüdlü T. Seyidova səhər saat 5 radələrində hamam otağının işığını yandıran zaman qaz sobasında sızma olduğu üçün, ani alovlanmadan partlayış olub.
Baş vermiş partlayış nəticəsində T.Seyidova bədəninin müxtəlif nahiyələrinin 1 və 2-ci dərəcəli yanıq xəsarətləri alıb.
O, xəstəxanaya yerləşdirilib vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisənin baş vermə səbəbləri araşdırılır.