\
19 Aprel 2024 - Cümə

Xaçmazda 50 kənddə elektrik enerjisi bərpa olunub

Xaçmazda 50 kənddə elektrik enerjisi bərpa olunub
1256baxış

Güclü külək nəticəsində Xaçmaz rayonunda işıqsız qalan 94 kəndin 50-də elektrik enerjisinin verilişi bərpa olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, 40-a yaxın yaşayış məntəqəsində enerjinin bərpası istiqamətində iş aparılır.

Xaçmaz Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, gün ərzində bütün kəndlərə enerjinin verilişi bərpa olunacaq.