Tbilisidə liftdə nasazlıq olub, ər və arvad ölüb
1266
Gürcüstanın paytaxtı Tbilisidəki yaşayış binalarından birinin liftində baş verən nasazlıq iki nəfərin ölümü ilə nəticələnib.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, hadisə paytaxtın Vazisubani yaşayış massivində baş verib.
Məlumata görə, orta yaşlı kişi lifti çağırıb. Bu vaxt qapılar açılsa da lift həmin mərtəbədə olmayıb, nəticədə o, ehtiyatsızlıqdan şaxtaya düşüb.
Onun köməyinə həyat yoldaşı gəlib. Lakin liftin işə düşməsi nəticədə onların hər ikisi həlak olub. Əraziyə xilasedicilər cəlb edilib.
Ölənlərin meyitləri məhkəmə-tibbi ekspertizaya aparılıb.