\
25 Noyabr 2024 - Bazar ertəsi

İran Britaniyaya nota verib

İran Britaniyaya nota verib
1288baxış

Böyük Britaniyanın Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağırılıb.

APA-nın Tehran bürosunun məlumatına görə, İngiltərənin Tehrandakı səfiri Saymon Şerklif İran XİN-ə çağırılıb.

Ona İngiltərənin qeyri-ənənəvi, o cümlədən İran İslam Respublikasının milli təhlükəsizliyinə müdaxilələri ilə bağlı nota təqdim olunub.