\
28 Mart 2024 - Cümə axşamı

Bakıda çoxmərtəbəli yaşayış binasının qarajında yanğın olub

Bakıda çoxmərtəbəli yaşayış binasının qarajında yanğın olub
1196baxış

Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qarajda yanğın baş verib. Ümumi sahəsi 3 m² olan taxta konstruksiyalı gözətçi köşkü yanıb.

Fövqəladə Hallar Nazirliyindən Mediapress.az-a  verilən məlumata görə, yüksək temperaturdan yaxınlıqda dayanan “Nissan” markalı minik avtomobilinin arxa işıqları və buferi deformasiyaya uğrayıb.

Avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.