\
25 Aprel 2024 - Cümə axşamı

İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - FOTO

İstanbul-Tokio reysini həyata keçirən təyyarə Bakıya təcili eniş edib - FOTO
1210baxış

Türk Hava Yollarına məxsus İstanbul-Tokio reysini həyata keçirən hava gəmisi kapitanı sərnişinin səhhətinin qəfil pisləşməsi ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

 

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Boeing 777 təyyarəsi yerli vaxtla saat 07:15-də Bakı hava limanına enib.

Sərnişinə tibbi yardım göstərilib, onun Bakıdakı klinikalardan birinə yerləşdirilməsinə qərara alınıb. Təyyarə saat 09:30-da Bakıdan Tokioya qalxıb.