\
25 Noyabr 2024 - Bazar ertəsi

Hollandiya ət reklamlarına qadağa qoyacaq

Hollandiya ət reklamlarına qadağa qoyacaq
1242baxış
2024-cü ildən Hollandiyanın Harlem şəhəri ictimai yerlərdə ətin reklamını qadağan edəcək. Bu, dünyada ilk belə təşəbbüsdür. Belə ki, ət istehsalçıları avtobuslarda, dayancaqlarda və digər ictimai yerlərdə məhsullarını reklam edə bilməyəcəklər. Layihənin hazırlanmasına cavabdeh olan “GroenLinks” idarə heyətinin üzvü Ziqqi Klazes bildirib ki, biz iqlim böhranının mövcudluğunu qəbul etməyə və insanları onu daha da gücləndirən məhsullar almağa təşviq edə bilmərik.