\
25 Noyabr 2024 - Bazar ertəsi

DSX: Ötən il düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu məhv edilib

DSX: Ötən il düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu məhv edilib
1204baxış

2022-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən 12-13 sentyabr tarixlərində dövlət sərhədinin Zəngilan rayonu ərazisindən keçən hissəsində bölmələrimiz tərəfindən Ermənistan Silahlı Qüvvələrinin genişmiqyaslı təxribatlarına cavab olaraq ağır sarsıdıcı zərbələr endirilib, çoxsaylı itkilər verən düşmən qüvvələri geri çəkilməyə məcbur edilib.

Mediapress.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin 2022-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirədə deyilib.

Bildirilib ki, düşmənin 2 S-300 divizionu, 1 ədəd S-125 ZRK buraxıcı qurğusu, 1 ədəd S-125 ZRK-nın atəş tuşlama stansiyası, 1 ədəd P-18 tipli radiolokasiya stansiyası, 2 ədəd "Jitel" radioelektron mübarizə sistemi, 18 ədəd düşmən postu, çoxsaylı canlı qüvvəsi məhv edilib: “Azad edilmiş ərazilərdə 50 km məsafədə yeni yollar çəkilib, 155 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 1323 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 54 ədəd piyada əleyhinə, 8 ədəd tank əleyhinə mina, 85 ədəd partlamamış hərbi sursat zərərsizləşdirilib”.