\
18 Aprel 2024 - Cümə axşamı

Mingəçevirdə avtomobilin 3 ay əvvəl vurduğu 3 yaşlı uşaq xəstəxanada ölüb

Mingəçevirdə avtomobilin 3 ay əvvəl vurduğu 3 yaşlı uşaq xəstəxanada ölüb
1176baxış

Mingəçevirdə avtomobilin vurduğu 3 yaşlı uşaq 3 ay sonra ölüb.

Mediapress.az  xəbər verir ki, ötən ilin oktyabrın 5-də Tural Şükürov idarə etdiyi "VAZ 21120" markalı avtomobil 2020-ci il təvəllüdlü Elgün Kərimovu vurub.

Azyaşlı aldığı xəsarətlərdən Mingəçevir Şəhər Xəstəxanasına yerləşdirilib.

Həkimlərin səyinə baxmayaraq, Elgün Kərimov ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.