\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Düşmən öz içimizdədir - Millət vəkili

Düşmən öz içimizdədir - Millət vəkili
1493baxış

Müsəlmanların öldürdüyü müsəlmanların sayı yəhudilərin, buddistlərin və xristianların öldürdüyü saydan qat-qat çoxdur.

Bu sözləri millət vəkili Fazil Mustafa qeyd edib. O bildirib ki, araşdırmalara görə, islam təəssübü ilə yaradılmış radikal Əl-Qaidə, İŞİD, Taliban, Hizbullah, Əş-Şabab, Boko-Haram kimi qruplaşmalar törətdiyi terror aktlarının yalnız 2 faizini xristian, buddist ölkələrində və İsraildə gerçəkləşdirib, 98 faizini isə birbaşa islam ölkələrində icra ediblər:

"Demək ki, yəhudilərin, xristianların və buddistlərin öldürdüyü müsəlman sayı təqribən bu nisbətdə düşünülə bilər. O zaman nədən düşmən olaraq addımbaşı xristianı, yəhudini və ya buddisti göstəririk? Çox uzağa getməyək, elə biz azərbaycanlıların da yaralı yeri bəlkə də budur. Rusiyada qətlə yetirilən azərbaycanlıların əksəriyyətini bu və ya digər səbəbdən öz azərbaycanlımız öldürür, ancaq düşmən axtaranda baxışlarımız rusun, erməninin üzərinə dikilir. 1978-in İranına, Səddam dövrü və sonrakı İraqa, Bəşər Əsədin Suriyasına, Qəzzafi sonrası Liviyaya, Pakistana, Əfqanıstana, Nigeriyaya baxın, məsciddə namaz qılarkən terror törədən müsəlmanlardırsa, o zaman kənarda düşmən axtarmaq yerinə, müsəlmanın içindəki qatillik virusunu zərərsizləşdirmək barədə düşünmək daha doğru olmazmı?” (axar)

Mediapress.az