\
20 Aprel 2024 - Şənbə

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində avtobus yanıb

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində avtobus yanıb
1196baxış

Axşam saat 21 radələrində “Manella” MMC-nin istismarında olan 163 nömrəli müntəzəm marşrut xətti üzrə 77 JA 185 DQN-lı sərnişin avtobusunda yanğın olub.

BNA-dan Mediapress.az-a bildirilib ki, hadisə “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin ərasizində baş verib. Yanğın nəqliyyat vasitəsinin mühərrik hissəsindəki qısaqapanma nəticəsində əmələ gəlib. Bakı Nəqliyyat Agentliyinin əməkdaşları dərhal yanğınsöndürmə vasitələrindən istifadə etməklə alovun qarşısını alıb. Hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib. Qısa vaxtda yanğın tam söndürülüb.

Hadisə nəticəsində hər hansı bir xəsarət alan olmayıb. Yanğın hadisəsi “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinin fəaliyyətinə təsir etməyib, müntəzəm marşrut xətləri üzrə avtobusların qrafikə uyğun hərəkəti təmin edilib.