Laçın-Xankəndi yolundakı aksiya 40 gündür davam edir
1355
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarının qanunsuz istismarına etiraz olaraq ekofəallar və QHT təmsilçiləri Şuşa şəhərində - Laçın-Xankəndi yolunda aksiyanı davam etdirir.
Mediapress.az APA-ya istinadən xəbər verir ki, aksiya bütün gecə boyu havanın şaxtalı olmasına baxmayaraq səhərə qədər davam edib.
Aksiya iştirakçıları günə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.