\
29 Mart 2024 - Cümə

Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib

Sumqayıtda binada yanğın olub, sakinlər təxliyə edilib
1292baxış

Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə edilib.

Bu barədə Mediapress.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

 

Məlumata görə, binanın 1-ci mərtəbəsində ümumi sahəsi 250 m² olan obyektin (hazırda fəaliyyət göstərmir) 1 otağına yığılan taxta tullantıları 20 m² sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 76 m² olan mənzilin bir ədəd plastikdən ibarət pəncərə çərçivəsi qismən yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstü dolmuş mənzillərdən 12 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Obyekt və mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.