\
27 Aprel 2024 - Şənbə

ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olub

ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olub
1303baxış

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu artırılıb.

Mediapress.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin Nizamnaməsinə edilən dəyişiklikdə əksini tapıb.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin ilkin nizamnamə fondu 100 000 min manat olub. Dəyişikliyə əsasən, ANAMA-nın nizamnamə fondu 2 209 512,9 min manat olacaq.