Azərbaycanda daha 24 nəfər COVID-19-a yoluxub
1397
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 24 yeni yoluxma faktı qeydə alınıb, 68 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mediapress.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.
Azərbaycanda indiyədək ümumilikdə 827 638 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 817 237 nəfər müalicə olunaraq sağalıb, 10 068 nəfər vəfat edib, aktiv xəstə sayı 333 nəfərdir.