\
2 Oktyabr 2023 - Bazar ertəsi

Gədəbəydə yaşlı qadın dəm qazından zəhərlənib

Gədəbəydə yaşlı qadın dəm qazından zəhərlənib
1231baxış

Gədəbəydə zəhərlənmə faktı qeydə alınıb.

Mediapress.az  xəbər verir ki, hadisə rayonun Nəriman kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü Fulora Huseynova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

61 yaşlı qadının vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə, F.Huseynova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.