\
28 Mart 2024 - Cümə axşamı

İranda mağazaya silahlı hücum olub, 2 nəfər öldürülüb

İranda mağazaya silahlı hücum olub, 2 nəfər öldürülüb
1345baxış

İranın Sistan və Bəlucistan əyalətinin Delqan şəhərində silahlı şəxs mağazaya hücum edib.

APA-nın Tehran bürosunun məlumatına görə, silahlı şəxsin avtomat silahla hücumu nəticəsində mağazada olan 2 nəfər ölüb, 4 nəfər yaralanıb.

Silahlı şəxs hadisə yerindən qaçıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.