Abşeronun bəzi qəsəbələrində su kəsiləcək
1296
Magistral su kəmərində baş vermiş qəza ilə əlaqədar Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər yaranıb.
"Azərsu" ASC-dən "Unikal"a verilən məlumata görə, qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.
Narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.