\
28 Mart 2024 - Cümə axşamı

Türkiyəli nazir Azərbaycana gəlib - Foto

Türkiyəli nazir Azərbaycana gəlib - Foto
1224baxış
Türkiyənin təhsil naziri Mahmut Özerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. Mediapress.az xəbər verir ki, yanvarın 30-da nümayəndə heyəti Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək məzarı önünə əklil qoyub. Daha sonra Şəhidlər xiyabanı və Türk şəhidliyi ziyarət olunub. M.Özer jurnalistlərə açıqlamasında İrandakı səfirliyimizə hücumu pisləyib. O bildirib ki, səfərin məqsədi Azərbaycanla təhsil sahəsindəki əməkdaşlığı gücləndirməkdir. Səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayevlə M.Özer arasında görüş olacaq.