\
15 Oktyabr 2024 - Çərşənbə axşamı

Dönərxanadakı yanğın gözəlik salonuna sıçradı - Bakıda

Dönərxanadakı yanğın gözəlik salonuna sıçradı - Bakıda
1432baxış

Bu gün səhər saatlarında Bakıda yanğın hadisəsi baş verib. Mediapress.az FHN-nə istinadən xəbər verir ki, paytaxtın Qaradağ rayonunda ümumi sahəsi 18 m2 olan tikilinin (dönərxana kimi fəaliyyət göstərir) yanar konstruksiyaları yanıb. Yüksək temperaturdan bitişik ümumi sahəsi 20 molan tikilinin (gözəllik salonu kimi fəaliyyət göstərir) lambirdən ibarət tavanı qismən əriyib. Bitişik tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Yanğının baş vermə səbəbləri araşdırılır.