\
25 Noyabr 2024 - Bazar ertəsi

Reablitasiya mərkəzində müalicə olan gənc faciəvi şəkildə öldü

Reablitasiya mərkəzində müalicə olan gənc faciəvi şəkildə öldü
1313baxış

Abşeron rayonu, Novxanı qəsəbəsində yerləşən reabilitasiya mərkəzində müalicə alan gənc ölüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, yanvarın 1-nə keçən gecə X.Məmmədov küçəsi 44 ünvanında yerləşən “Uğur yolu” – narkotik asılılığı olan şəxslərin reablitasiya mərkəzində müalicə alan 27 yaşlı Roma Fataxov özünü həyətdəki hovuza atıb. O, hovuzdan çıxarıldıqdan bir qədər sonra halı qəfil pisləşib. Xəstəxanaya aparılan R.Fataxov orada vəfat edib.

R.Fataxovun özünü hansı şəraitdə və nə məqsədlə hovuza atması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.